17 Oktyabr 2014 10:51
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ebola virusu ilə mübarizə üçün 1 milyard dollara ehtiyac var.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun aşıqlayıb. Onun sözlərinə görə, Qərbi Afrika ölkələrinə yoluxucu xəstəlik ilə mübarizədə beynəlxalq cəmiyyət daha çox yardım etməlidir.

Dekabrın 1-ə qədər bir milyard dollarlıq yardımın toplanmasını qarşılarına məqsəd qoyduğunu deyən Mun BMT olaraq bu tarixi mübarizəyə ciddi hazırlaşdıqlarını qeyd edib: “Bu məqsədlə Ebolaya qarşı təcili müdaxilə üçün UNMEER adlı BMT missiyasını yaratdıq. Həmçinin Qlobal Təcili Müdaxilə Koalisiyasının yaradılması da lazımdır”.

Samir


Müəllif:

Oxşar xəbərlər