30 Oktyabr 2020 12:18
5 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın Nits şəhərində kilsəyə hücum edən cinayətkarlar, terrorçular, soyuqqanlı qatillər İslam dinini təmsil etmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trüdo deyib.

“Bunlar iyrənc cinayət əməlləridir, bütün dəyərlərimizə təhqirdir. Amma bu hücumu edən cinayətkarlar, terrorçular, soyuqqanlı qatillər İslam dinini təmsil etmirlər. Bu insanlar Fransa, Kanada və ya dünyanın hansısa bir yerində müsəlmanları təmsil etmirlər”, - Trüdo bildirib.

Fransanın Nits şəhərindəki Notr Dam kilsəsinə bıçaqlı hücumda 3 nəfər həyatını itirib. Hadisədən sonra açıqlama verən Fransa Prezidenti Emmanuel Makron bunu “radikal islamçılar”la əlaqələndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər