Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.
18:52
İzmirdə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, yaralananların sayı 152 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
16:57
“İndiyə qədər İzmirdə Bornova və Bayraklıda 6 binanın dağıldığına dair məlumat gəlib”.
Teleqraf.com xəbər verir ki, bunu İzmirdə baş verən zəlzələnin dağıntıları haqqında məlumat verərkən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib:
“Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğlada kiçik çatlamalar xaricində insan tələfatı barədə heç bir məlumat gəlməyib. Komandamız ərazilərdə axtarış işlərini davam etdirir.
İzmir şəhər bələdiyyəsinin rəhbəri Tunç Soyər 20-yə yaxın binanın zərər gördüyünü bildirib.
***
16.24
Egey dənizində 6,6 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Türkiyənin İzmir və İstanbul şəhərlərində hiss edilib. Yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.
Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.
İzmirdə çoxsaylı binaların çökdüyü deyilir. İstanbulda isə hər hansı dağıntı və tələfat barədə məlumat yoxdur.