31 Oktyabr 2020 14:10
4 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətinə reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, Rusiya XİN bildirib ki, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya Ermənistana lazımi bütün köməkliyi göstərəcək.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Ermənistana yardım göstərilməsi ilə bağlı məsləhətləşmələrə dərhal başlamağı xahiş edib. Paşinyan səbəb kimi Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatların Ermənistan sərhədlərinə yaxınlaşmasını göstərib.

Qeyd edək ki, Azərbaycan rəsmi şəkildə bəyan edib ki, işğal altında olan torpaqları azad etmək üçün anti-terror əməliyyatları keçirir və Ermənistan torpaqlarında onun gözü yoxdur.


Müəllif: Cavad