Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın koronavirusa yoluxduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kalın Tvitter hesabında xəstəliyi yüngül simptomlarla keçirdiyini və müalicənin son mərhələsinə çatdığını qeyd edib.
"Hazırda özümü yaxşı hiss edirəm, həmd olsun. Zəng edən, maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm", - deyə vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu bildirmişdi.