İranda ötən sutka ərzində 434 nəfər yeni növ koronavirusdan (COVID 19) ölüb.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 35 298 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 719 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 620 491 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 244 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 486 691 nəfər koronavirusdan sağalıb.
Onun sözlərinə görə, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 4,96 milyondan çox diaqnoz testi həyata keçirilib.