Fransada aparılan bir anket-sorğuya görə, ölkə əhalisinin cəmi 26 faizi hökumətə inanır.
Teleqraf.com xəbər verir ki, “Fiducial/Odoxa” araşdırma şirkətinin anketində iştirak edənlərin 26 faizi Fransa hökumətinin terror və digər hücumlara qarşı lazımi tədbir görə bilmədiyini bildirib.
Bu rəqəm iyul ayında aparılan bir sorğuda 42 faiz idi. Son 4 ildə hökumətin onları qoruyacağına inananların nisbəti, 2019-cu ilin oktyabrında bir polis bölməsinə edilən hücumdan sonra heç vaxt 40 faizdən aşağı düşməmişdi.
Bundan əlavə, respondentlərin 57 faizi Fransa küçələrində, xüsusilə ibadətgahların yaxınlığında kifayət qədər polis və hərbi qüvvənin olmadığını düşünür.
Ölkədə sentyabr ayında aparılmış 7 etimad anketinin nəticələrinə görə, Prezident Emmanuel Makrona olan inam 41 faizdən 38.7-yə düşüb.