ABŞ “S-400”lər səbəbindən Türkiyəyə verməkdən imtina etdiyi “F-35” döyüş təyyarələrinin texniki sirlərini qorumaq üçün yeni qanun layihəsi üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, “Breaking Defense” nəşri amerikalı senatorların Rusiyadan “S-400” raket sistemləri alan ölkələrə “F-35”lərin satışını qadağan edən qanun layihəsi üzərində işlədiklərini yazıb.
Nəşr “S-400”lərin “F-35”lər üçün potensial təhdid olduğunu iddia edib.
Qanun layihəsinin müəlliflərindən biri ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Eliot Engel Yaxın Şərq ölkələrinə silah satışı üçün xüsusi şərtlərin tətbiq olunmasının vacibliyinə diqqət çəkib.
Engelin təklifinə görə, “F-35”i satın alan ölkələr bu qırıcıları hansı məqsədlər üçün istifadə edəcəkləri haqda Vaşinqtona əvvəlcədən məlumat verməlidir.