17 Oktyabr 2014 14:09
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqindəki Benqazi şəhərinin ayrı-ayrı rayonlarında təşkil olunan silahlı hücumlarda 1-i əsgər olmaqla 12 nəfər həyatını itirib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Benqazi şəhərində ehtiyatda olan general Xəlifə Hafter tərəfdarları ilə Benqazi İnqilabçılar Şurasının qüvvələri arasında döyüşlər davam edir. Hadisə nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir.

Qeyd edək ki, bu ilin may ayında hökumət rəsmiləri Hafter tərəfdarlarını terrorçu elan edərək, onlara qarşı mübarizəyə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər