Zəlzələ kahini kimi tanınan məşhur holland mütəxəssis Frank Hoogerbeets Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələyə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, Mavi ay bədirlənməsi ilə İzmir zəlzələsinin arasında olan əlaqədən danışıb.
Frank Hoogerbeetsin sözlərinə görə, Mavi ayın əslində xüsusi bir əhəmiyyəti yoxdur: "Çünki Mavi ay bir ay ərzində iki dəfə bədirlənməyə deyilir. Amma bütöv ayın özü kritik hadisə sayılır. Bunun mənası var, çünki ayın bütövlənməsi zamanı seysmik aktivlik artır”.
Qeyd edək ki, İzmir zəlzələsi oktyabrın 30-da Mavi ay bədirlənməsindən bir gün əvvəl baş verib.
Hər 76 ildən bir təkrarlanan Mavi ay hadisəsi zamanı vulkanlar, meşə yanğınları baş veriri deyə ay maviyə çalır.