17 Oktyabr 2014 15:08
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı 26 yaşlı Tyaqo Henrike Qomes da Roça 39 nəfəri öldürdüyünü etiraf edib.

Braziliya polisi yanvar ayında Roçanı motosiklet nömrəsi oğurlayarakən həbs edib. Sərbəst buraxılan Roça bir neçə gün sonra isə saxta nömrəli motosiklet istifadə edərkən tutulub.

Polisi hərəkətə keçirən son zamanlarda artan cinayətlərin xalq arasında yaratdığı çaxnaşma olub. Aparılan araşdırmalar nəticəsində qatilin "Soyğun var" deyə qışqıran Roça olduğu müəyyənləşib.

Roça xüsusi qrup tərəfindən təşkil edilən əməliyyat nəticəsində həbs edilib. Qatilin evindən cinayət silahı olan tapança və oğurlanmış nömrələr tapılıb.

Roça qətl törədərkən “Soyğun var” deyə qışqırır, hadisə yerindən heç bir şey götürmədən gedirdi.

O törətdiyi 39 cinayəti etiraf edib. Polis isə onun daha çox cinayət törətdiyi fikrindədir. Həbsxanada biləklərini kəsərək intihar etməyə çalışan Roçanın qurbanları arasında ən kiçiyinin 14 yaşı olub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər