Türkiyə “Barbaros Hayreddin Paşa” seysmik gəmisi tərəfindən Aralıq dənizində aparılacaq işlərin bərpa olunduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İşlər fevralın 16-dək aparılacaq və bu müddət ərzində “Barbaros Hayreddin Paşa”nı “Tanux-1” və “Apollo Moon” gəmiləri müşayiət edəcək.
Bundan əvvəl türk gəmisi “Oruç Reis” Yunanıstanın özünün “iqtisadi bölgə”si hesab etdiyi ərazi olan Aralıq dənizinin şərqində seysmik tədqiqatlara başlayıb. Bu, Afina və Ankara arasındakı münasibətlərdə gərginliyə səbəb olub.