4 Noyabr 2020 20:23
3 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Fransanın Suriyanın şimalında yaratdığı qeyri-sabit vəziyyət PKK və İŞİD terror təşkilatlarına yeni oyun meydanı verdi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Ünay Atabay deyib.
Onun sözlərinə görə, ABŞ və Fransa başda olmaqla, bir sıra Avropa ölkələrinin Yaxın Şərqdə yaratdığı qeyri-sabit mühit yeni radikal təşkilatların yaranmasına və güclənməsinə zəmin hazırlayır:

“İraq və Suriyadakı qeyri-sabit durumdan yararlanan İŞİD-in Şimali Afrikada da ortaya çıxması, Qərb ölkələrinin bu pozucu fəaliyyətlərinin nəticəsidir. Xüsusilə ABŞ və Fransanın Suriyanın şimalında yaratdığı qeyri-sabit vəziyyət PKK və İŞİD terror təşkilatlarına yeni oyun meydanı verdi. Keçən aylarda PKK və YPG-nin həbsxanalarında saxlanılan İŞİD militanlarının bir hissəsi ABŞ-ın dəstəyi ilə sərbəst buraxıldı. Bu, həm Türkiyə, həm də Avropa üçün ciddi təhdiddir”.

Digər tərəfdən, Suriyadakı həbsxanalarda yatan İŞİD üzvlərinin 20 faizinin Avropa ölkələrindən olduğunu unutmamaq lazımdır. Bundan sonra Avropa öz daxilində baş verəcək olaylarla bağlı təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Müsəlman dünyası da, heç bir halda İŞİD-in boy göstərməsinə və güclənməsinə imkan verməməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər