“Əl-Cəzirə” kanalının Türk Ankara bürosunu hücum edən 9 nəfər nəzarətə alınıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sosialist Demokratiya Partiyasının (SDP) üzvü olan 7 nəfər, səhər saatlarında “Əl-Cəzirə” kanalının Türk Ankara bürosuna gəlib.
İclas keçirən işçilərin çölə çıxmasını istəyən SDP üzvləri, binanın çölündə “Kobani qazanacaq” yazılan palakat asıb.
Hadisə yerinə gələn polis 9 nəfəri nəzarətə götürüb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Rüstəm