5 Noyabr 2020 23:13
2 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trampın Rusiya ilə biznes əlaqəsi Bayden ailəsində olduğu kimi deyildi, bu biznesdə iki tərəf vardı”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert ABŞ-da keçirilən prezident seçkisində üstün olan Co Baydenin Rusiya ilə biznes əlaqələrinə diqqət çəkib:

“Bütün dünyaya “hökumətlər gəncləşsin” israrını edən ABŞ 78 yaşlı bir adamı prezident etmək istəyir. Ancaq bu adam Ermənistanın Bərdədə 24 nəfər mülki insanı qadağan olunmuş kasetli raketlərlə öldürdüyü gün ABŞ Konqresindəki Erməni Milli Komitəsinin üzvü tərəfindən yazılan bəyanatını səsləndirəndə dilə gətirə bilərdi. Demokratlar Co Baydeni Trampa prototip olaraq namizəd seçdilər - Rusiya ilə biznes əlaqəsi olan biri olaraq. Məsələ bundadır ki, Trampın Rusiya ilə biznes əlaqəsi Bayden ailəsində olduğu kimi deyildi. Bu biznesdə iki tərəf vardı, yəni arada nə vasitəçi, nə də vasitəçi lobbi qrup var idi.

Oğul Hanter Baydenin isə Rusiyada iki biznes tərəfdaşı vardı. Biri isə Moskvanın keçmiş meri Lujkovun həyat yoldaşı Yelena Baturina , digəri isə Baturinanın biznes ortağı Ruben Vardanyan, habelə onun Ukraynada - Krımda biznes ortağı olan başqa bir erməni...”.

Yeganə Hacıyeva qeyd edib ki, Trampın təşəbbüskarı olduğu sanksiyalar Rusiya iqtisadiyyatına dopinq rolunu oynadı və onu saflaşdırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər