6 Noyabr 2020 10:57
7 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis mediası gələn ilin yanvar ayında Rusiya Prezidenti Vladimir Putinin parkinson xəstəliyi səbəbindən istefa verəcəyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” Moskvadakı mənbələrə istinadən xəbər yayıb.

Məlumatda Putinin 2012-ci ildən bəri parkinsonla mübarizə apardığı, yanvar ayının sonlarında dövlət başçısı postundan gedəcəyi bildirilib.

Rusiya liderinin sağ qolunda görünən əlamətlərin parkinson xəstəliyinə işarə verdiyi iddia olunub.

Ötən illərdə Putinin parkinson xəstəsi olduğuna dair bir çox iddia ortaya atılıb, bununla bağlı iddialar Böyük Britaniyada araşdırılıb.

Rusiyanın “RT” telekanalına görə isə Putinin ömürlük senator olmasını təmin etmək üçün sürətlə yeni qanun layihəsi hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər