6 Noyabr 2020 14:34
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbas münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmalarına alternativ axtarmağa hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu üçtərəfli təmas qrupundakı Kiyev nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

Kravçuk bildirib ki, Rusiya müharibə istədiyini etiraf edərsə, Ukrayna Minsk razılaşmalarına alternativ axtaracaq.

Bundan əvvəl Donbasla əlaqədar qrupdakı Kiyev nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç qanunsuz qrupların və muzdluların Donbasdan 2021-ci ilin əvvəlində geri çəkilməsini əhatə edən “Birgə addımlar planı” hazırladığını bildirib.

Kravçuk da Kiyevin üçtərəfli təmas qrupunun bütün üzvlərinin ortaq planın hazırlanmasında iştirak etməsi üçün Donbas üçün bir fəaliyyət planı təklif etdiyini söyləyib:

“Bizi balabançıya çevirməyə ehtiyac yoxdur, başqasının toyunda musiqi səsləndirməyəcəyik. Ukraynada sülh istəyirik, müharibə istəyirsənsə, bunu deməlisən. Ukraynada sülh üçün başqa alternativlər axtaracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər