Yunanıstanın paytaxtı Afinadakı Yunan-Ərəb Təhsil və Mədəniyyət Mərkəzinin girişinə donuz başı atılıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, ötən gecə baş verən hadisədə təcavüzkarlar Afinanın ən böyük məscidi kimi istifadə edilən binanın giriş qapısına qırmızı boya ilə xaç işarəsi çəkiblər. Qapının həndəvərinə isə İslam dinini təhqir edən ifadələr yazılıb.
Faktla bağlı Afina polisi araşdırmalara başlayıb.
Qeyd edək ki, 2007-ci ildə ərəb iş adamı tərəfindən satın alınan zavodun müasir şəkildə bərpa edilməsi ilə inşa edilən Yunan-Ərəb Təhsil və Mədəniyyət Mərkəzi hazırda Afinanın ən böyük məscidi hesab olunur.
Samir