6 Noyabr 2020 18:45
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkəsi Nigeriyada 9,8 milyon insan aclıq təhlükəsi ilə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

Məlumata görə, ölkədə qida təhlükəsizliyi səbəbindən paytaxt Abucadan əlavə 16 əyalətdə 9,8 milyondan çox insan aclıqla üzləşə bilər.

"Boko Haram" terror təşkilatı və digər silahlı qrupların tez-tez hücum çəkdiyi Borno, Yobe, Adamava, Taraba, Katsina, Gombe, Benue və Jigavanın aclığa yüksək həssaslıq göstərən əyalətlər arasında olduğu qeyd edilib.

Paytaxt Abuca, Sokoto, Kaduna, Kano, Bauci, Kebbi, Niger və Yayla şəhərlərində aclıq riskinin daha az olduğu bildirilir.

FAO-nun Nigeriyadakı nümayəndəsi hökuməti təcili müdaxilə etməyə çağırıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər