Fransadakı terror dalğasının sıçrayış etdiyi Avstriyada hökumət səviyyəsində “radikal məscidlər”in bağlanması əmri verildiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya mediası məlumat yayılıb.
Məlumatda qeyd edilib ki, “radikal məscidlər”in bağlanması ilə bağlı təfərrüatlar qarşıdakı saatlarda Nazirlər Kabinetinin keçiriləcək iclasından sonra açıqlanacaq.
Noyabrın 2-də Vyanada baş verən terrir aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Şübhəlinin 20 yaşlı Şimali Makedoniya vətəndaşı olduğu bildirilib. Avstriya Daxili İşlər Nazirliyi həmin şəxsin İŞİD terror təşkilatı ilə bağlı olduğunu açıqlayıb. Bundan sonra terror aktı hazırlamaq şübhəsi ilə 15 nəfər saxlanılıb.
Avstriyadan əvvəl, satirik jurnal “Charlie Hebdo”nun Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları nəşr etməsindən sonra Fransa yenidən terror hücumlarının hədəfi olub.
Oktyabrın 16-da şagirdlərinə sinifdə söz azadlığını müzakirə etmək üçün məlum karikaturları göstərdikdən sonra başı kəsilərək öldürülən tarix müəllimini hədəf alan bir məscid müvəqqəti olaraq bağlanıb.