Mən qələbəmi elan etməyə hazırlaşmıram, amma bilirəm ki, seçkiləri udmuşam.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden deyib.
Qeyd edək ki, bundan əvvəl digər namizəd və hazırkı prezident Donald Tramp rəqibini "qeyri-qanuni qələbəsini" elan etməməyə çağırmışdı.
Co Bayden prezident seçilmək üçün lazım olan 270 seçicidən 300-dən çoxunun səsini ala biləcəyini iddia edib: "Hələlik qələbəni elan etməyə hazırlaşmırıq, ancaq rəqəmlər aydın deyir: bu yarışı biz uduruq. Arizonanı udmuşuq, Nevadanı udmuşuq. 300-dən çox seçici səsini alacağımızı düşünürük".
Xatırladaq ki, ABŞ seçki sisteminə görə, prezidentliyə namizədin qələbəsi üçün 538 səsdən 270 səs toplamaq kifayat edir.