7 Noyabr 2020 13:41
3 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığına bağlı İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın sözçüsü polkovnik Ueyn Marotto sosial şəbəkə hesabında terror təşkilatını tərifləyib.

Teleqraf.com xəbər verir ki, amerikalı polkovnik Suriya Demokratik Qüvvələri (SDQ) və YPG terror təşkilatlarının bölgədə təhlükəsizliyə xidmət etdiklərini bildirib.

“İŞİD 6 il əvvəl Kobaninin 60 faizinə nəzarət edirdi, lakin SDQ (YPG) təslim olmadı və şəhəri ələ keçirdi. İŞİD-i məğlub etmək missiyamızda onlara hörmət edirik. SDQ və onun bölmələri İŞİD-i məğlub etmək missiyasında gələcək üçün qürurlu bir miras qoydu”, - Marotto qeyd edib.

Bölgədən ayrılmadan əvvəl - sentyabr ayında vəfat edən anti-İŞİD koalisiyasının sözçüsü polkovnik Milz B. Kaggins SDQ və YPH liderləri ilə görüşmüşdü. SDQ-nin sözçüsü Mustafa Balinin təşkil etdiyi mətbuat konfransında çıxış edən Kaggins terror təşkilatına kömək edə bilmədiyi üçün göz yaşlarını saxlaya bilməmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər