7 Noyabr 2020 16:45
2 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının liderlərindən biri Duran Kalkanın “mətbuat xidməti” funksiyasını yerinə yetirən şəxs Adanada həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2016-2017-ci illərdə PKK-nın Şimali İraqdakı düşərgələrinə gedən İ.K. bir ay əvvəl Adanaya qayıdıb. Bundan sonra hərəkətə keçən polis İ.K.-nı öz evində həbs edib.

İ.K. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən “qırmızı bülleten”lə axtarılan Duran Kalkanın media sahəsindəki əsas adamı hesab olunurdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər