ABŞ-ın aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edən prezident Donald Tramp bildirib ki, onun rəqibinin seçkilərdə qalib gəlməsi heç bir ştatda rəsmən təsdiq edilməyib.
Teleqraf.com xəbər verir ki, Tramp Baydenin qələbəsinin rəsmi olaraq heç bir ştatda təsdiqlənmədiyini deyib.
"Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir", - Tramp bildirib.
O, Baydenin qərargahının qanuni səslərin sayılmasının baza prinsipi ilə razılaşdırılmasından imtina etməsindən "şoka düşdüyünü" söyləyib.
"Amerika xalqının layiq olduğu və tələb etdiyi qanuni səslərin hesablanmasını almayınca dayanmayacam", - Tramp əlavə edib.