“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.
ABŞ prezidenti vəzifəsinə namizəd deyib: "Mən bu vəzifəyə Amerikanın ruhunu sağaltmaq, bu ölkənin əsasını - onun orta təbəqəsini - bərpa etmək, və Amerikaya dünyada yenidən hörmət edilməsini təmin etmək üçün nail olmağa çalışmışam".
C.Bayden qeyd edib ki, ölkənin cəmiyyətini birləşdirmək və Amerikanın dünyadakı rolunu bərpa etmək niyyətindədir:
"Xalq sözünü dedi və biz seçkilərdə böyük bir qələbə qazandıq. Biz qələbəni prezident seçkilərində ən çox - 74 milyon səs toplayaraq qazandıq. Mən cəmiyyəti bölən deyil, birləşdirən prezident olacağıma söz verirəm".
C.Bayden həmçinin ABŞ-da irqçiliyə son qoyulması üzərində işləyəcəyinə və noyabrın 9-u pandemiya ilə mübarizə üçün ekspertlər qrupu təyin edəcəyinə dair söz verib.