Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yaralanan 1034 nəfərdən 1011-i xəstəxanadan evə buraxılıb. 23 nəfərin müalicəsinin davam etdirildiyi bildirilir.