Rusiya Prezidenti Vladimir Putin bildirib ki, neftin bir barelinin qiymətinin 80 dollara qədər enməsi ölkəsinin iqtisadiyyatına problem yaratmayacaq.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, o, bunu Milanda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Rusiya büdcəsində neftin bir barrelinin qiyməti 96 dollar nəzərdə tutulub. İndi bu qiymət aşağıdır. Amma bunda faciə yoxdur. Düşünürəm ki, qiymət nizamlanacaq. Çünki bazarın ciddi iştirakçılarından heç biri 80 dollar qiymətdə maraqlı deyil” - deyə, Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, neftin qiyməti 80 dollar səviyyəsində qalsa, bütün dünya iqtisadiyyatı çökəcək.