"ABŞ əvvəlki kimi yenə də Bəşər Əsədin Suriya prezidenti postundan getməsində israrlıdır".
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Mari Harf bildirib.
Rusiya prezidenti Dmitri Medvedevin ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarda Dəməşqlə separat əlaqələr axtardığı və daha Bəşər Əsədin hakimiyyətdən getməsinə israr etmədiyi barədə fikirlərini şərh edən Mari Harf bəyan edib: "Bizim mövqeyimiz dəyişməyib. Biz hesab edirik və ABŞ prezidenti Barak Obama da bunu dəfələrlə bəyan edib ki, Əsəd hakimiyyəti çoxdan öz legitimliyini itirib. Suriya onun liderliyi ilə stabil ölkə ola bilməz. Gələcək Suriyada Bəşər Əsədin heç bir rolu yoxdur".
Nihad