Kamerun ordusu ölkənin şimalında “Boko Haram” qruplaşmasının 100-dən çox üzvünü məhv edib.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Kamerunun müdafiə nazirliyi 8 hərbçinin həlak olduğunu bildirib.
Yerli sakinlərin sözlərinə görə, şiddətli döyüşlər iki gün davam edib. Bundan əvvəl Nigeriya hökuməti "Boko Haram"la atəşkəs və 200 məktəbli qızın azad edilməsi barədə razılığa gəlib.
Xatırladaq ki, apreldə Nigeriyanın şimal-şərqində “Boko Haram” qruplaşması Şibok şəhərindəki orta məktəbə hücum edərək məktəbli qızları oğurlamışdı.