“1915-ci ildə Osmanlıda yaşayan ermənilərin hamısının sürgün edildiyi və soyqırıma məruz qaldığı iddiaları doğru deyil”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Luisvill Universitetinin tarixçi professor Castin Makkarti Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) təmsilçisi Əmrə Sərbəstə müsahibəsində deyib.
Makkarti ermənilərin çoxunun sürgün edildiyi iddialarının doğru olmadığını və hətta bəzi ermənilərin Anadoluda qaldığını bildirib:
“Anadolunun bir çox şəhərində və vilayətlərində qalan ermənilər var idi, çünki Osmanlı onları özlərinə təhlükə olaraq görmədiyi üçün orada qaldılar. Deportasiya etdiyi insanlar müharibə zamanı mülki əhali üçün təhlükə yarada biləcək bölgələrdə yaşayanlar idi”.
Makkarti qeyd edib ki, Osmanlı dövlətinin bu deportasiyanı erməniləri öldürmək üçün etdiyini söyləmək doğru deyil: “Bu, çox gülüncdür. Osmanlı erməniləri öldürmək istəsəydi, onları öldürə bilərdi. Bunun əvəzinə onları qovdular”.
Amerikalı professor Osmanlının erməniləri qırmaq niyyətində olmadığını qətiliklə vurğulayıb:
“Bu istiqamətdə, əlbəttə, bir dəlil tapmadıq. Əldə edə biləcəyimiz bütün sənədləri araşdırdıq və bunu təsdiq edən heç bir dəlil yox idi.
Erməni təşkilatları bu ittihamlardan türklərin qolunu bükmək üçün istifadə etməyə çalışırlar. Məsələn, Şərqi Anadolunu ələ keçirməyə çalışırlar. Bu doğrudur. Fransa, ABŞ və ya digər ölkələrin hökumətlərinin bundan istifadə etmələrinin səbəblərinə gəldikdə, bu, qərəzdən irəli gəlir”.