Сənubi Sudanda yaraqlılar iki BMT əməkdaşını oğurlayıblar. Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibinin şəxsi nümayəndəsi Stefan Düjarrik bəyan edib.
O bildirib ki, BMT nümayəndəsinin biri ötən həftə, digəri isə oktyabrın 16-da girov düşüb. Hər iki insident Malakal şəhərinin aerodromunda qeydə alınıb.
“BMT-nin Cənubi Sudandakı sülhməramlı missiyası əməkdaşlarının oğurlanmasını qəti şəkildə pisləyir. Hazırda biz Cənubi Sudan hökuməti və Milli azadlıq ordusu ilə birgə əməkdaşlarımızın sərbəst buraxılması üçün səy göstəririk” - deyə, Düjarrik vurğulayıb.