18 Oktyabr 2014 09:50
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya höküməti Boko Haram islamçı militant qrupu ilə danışıqlar aparır.

Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, bunun əsas məqsədi aprel ayında Çibuk şəhərindən qaçırılmış qızların qaytarılması və minlərlə insanın ölümünə səbəb olan üsyanın yatırılmasıdır. Bu barədə Çad prezidenti İdris Debi və Kamerunun yüksək rütbəli şəxslərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra razılığa gəlinib.

Nigeriya prezidentinin yaxın müşaviri Həsən Tukur bildirib ki, zorakılıqların dayandırılması üçün ilk addımı Boko Haram atıb: “Mən deyərdim ki, onlar birtərəfli qaydada atəşkəs elan ediblər. Nigeriya höküməti müvafiq olaraq cavab verib və biz indi atəşkəs rejiminin qorunub-qorunmamasına nəzarət edirik. İki tərəf arasında indiyədək olan dialoq və danışıqlar heç bir nəticə verməyib, lakin mən bu dəfə nailiyyət əldə edəcəyimiziə ümid edirəm.”

Qeyd edək ki, aprel ayında Boko Haram Nigeriyanın ucqar şimal-şərqi Çibok kəndində yerləşən orta məktəbə hücüm edərək 270 məktəbli qızı qaçırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər