Kamerunun şimalında Boko Haram terror təşkilatı ilə ordu qüvvələri arasında baş verən toqquşmalarda 8-i əsgər olmaqla 115 adamın öldürülüb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Kamerun müdafiə naziri Edagar Alen Mebe Ngoo açıqlayıb. Onun sözlərinə görə, Kamerunun Nigeriya sərhədindəki Amçide və Limani şəhərlərində gedən əməliyyatlar zamanı təşkilatın 107 döyüşçüsü öldürülüb. Yerli qüvvələrdən isə 7 nəfər də ağır yaralanıb.
Boko Haram məxsus partlayıcı və sursat yüklənmiş zirehli texnikanın məhv edildiyi bildirilən açıqlamada iki şəhərdə də sakitliyin yenidən bərpa olunduğu qeyd edilib.
Samir