3 May 2014 17:44
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğundan məlumat verilib.

Ölənlərdən 40 nəfəri Həmkarlar İttifaqı Evinin binasında, 6 nəfəri Odessanın mərkəzində həlak olub.

Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub. Faktla bağlı cinayət işi açılıb, iğtişaşlarda iştirak edən 130 nəfər saxlanılıb.


Müəllif: