ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə Los-Ancelesdə qeydə alınıb.
Qeyd edilir ki, “Cessna 172” təyyarəsi Los-Ancelesin şimal hissəsində, “Whiteman Airport”da qəza enişi edib. Qəza nəticəsində pilot həlak olub.
NBS telekanalı isə bildirib ki, hadisə zamanı bir neçə avtomobil yanıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.