Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası BMT-nin Mərkəzi Afrika Respublikasındakı Stabilizasiya Missiyasının səlahiyyətlərini bir il müddətinə uzadıb.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı müvafiq qətnamə qəbul olunub.
Qəbul edilmiş qətnaməyə görə, 2020-2021-ci illərdə BMT missiyası "MAR hakimiyyətinə dinc prezident, parlament və regional seçkilərin hazırlanması və keçirilməsində yardım göstərəcək".
Qeyd edək ki, MAR-da BMT-nin ən çox sayda missiyasından biri, 11 650 sülhməramlı da daxil olmaqla fəaliyyət göstərir.