13 Noyabr 2020 13:09
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ölkədə dünyəvilik pərdəsi altında müsəlmanlara nifrət var. Dünyəvilik bir dinə nifrət etmək demək deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Fransada ifrat solçu “Təslim olmayan Fransa” Hərəkatının lideri Jan-Luk Melenşon deyib.

Müsəlmanlara hörmət edilməli olduğunu vurğulayan Melenşon onlara şübhə ilə baxmağın dayandırılmasını istədi. O, bəzilərinin xoşuna gəlməsə də, bunları deməyə davam edəcəyini vurğulayıb:

“Bu ölkədə dünyəvilik adı altında müsəlmanlara qarşı nifrət var. Dünyəvilik dinə nifrət etmək demək deyil”.

Melenşon müsəlmanlara nifrət etmənin əleyhinə olduğunu bildirib.

2022-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyi üçün 150 min fransızın imzasını topladığını bildirən Melenşon terrorla mübarizə metodunun dəyişdirilməli olduğunu da qeyd edib.

Fransada Prezident Emmanuel Makron və digər hökumət üzvlərinin İslam dini əleyhinə açıqlamaları və qərarları kəskin reaksiyalara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər