ABŞ-da “İraq-Şam İslam Dövləti” (İŞİD), Nusra cəbhəsi və Suriya rejiminə qarşı sanksiyaların artırılması üçün 20 ölkənin nümayəndələrinin iştirak etdiyi birgə toplantı keçirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən açıqlama verilib. İclasda terror təşkilatlarının qanunsuz maliyyələşmədən təcrid edilməsinə yönəlik imkanlar müzakirə edilib.
Açıqlamada ABŞ-ın İŞİD-i dağıtmaqda qətiyyətli olduğu vurğulanıb.
Samir