14 Noyabr 2020 10:25
6 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərində qalib gələn Co Bayden indiki prezident Donald Trampa çağırış edib.

Teleqraf.com xəbər verir ki, 2021-ci ilin 20 yanvarına qədər prezidentlik kürsüsündə oturmayacağını xatırladan Bayden ölkədə sürətlə artan COVİD-19-a qarşı təcili hərəkətə keçilməsini tələb edib.

Bayden pandemiya ilə mübarizə üçün qurduğu komanda ilə bir araya gələrək səhiyyə işçilərinin və xəstəxanaların böyük təzyiqlə üz-üzə olduğunu deyib. O əlavə edib ki, böhranla bağlı təcili federal müdaxilə lazımdır, amma təəssüflər olsun ki, bu, uzun müddətdir edilmir: “Mən prezident seçkilərində qalib gəldim, amma bu ilin sonuna qədər prezident deyiləm. Sağlamlıq isə tarixə baxmır hakimiyyət dərhal hərəkətə keçməlidir”.

ABŞ xalqını sosial məsafəni qorumağa dəvət edən Bayden insanları üzərinə düşən vəzifələri yerinə yetirməyi və maska taxmağı vacib sayıb.

Qeyd edək ki, pandemiyanın ikinci dalğası yaşanan ABŞ-da gündəlik 100 mindən çox insanda yoluxma qeydə alınır.


Müəllif: Cavad

Oxşar xəbərlər