18 Oktyabr 2014 13:31
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Nyu Yorkda getdiyi bir restoranda az qala hesabı ödəmək üçün çirkabları yumaq məcburiyyətində qalacaqdı.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb Obamanın hesab ödədiyi zaman kredit kartı ilə üzləşdiyi problem olub. Restoran işçisi Obamaya kredit kartının müddətinin bitdiyini bildirdikdən sonra ABŞ prezidenti xanımı Mişel Obamanın kartından ödəniş etməyə məcbur olub. Bu barədə Obama İstehlakçının Maliyyə Haqlarını Qoruma idarəsində keçirdiyi mətbuat konfransında deyib:

“BMT Baş Assambleyasının iclası davam edərkən, Nyu Yorkda bir restorana getdim. Hesab ödədiyim vaxt kartımın müddətinin başa çatdığını öyrəndim. Restoran işçiləri mənim bir dələduz olduğumdan şübhələndilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər