16 Noyabr 2020 00:43
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada prezident seçkilərinin ikinci turunda keçmiş Baş nazir Maya Sandu daha çox səs toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “exit-poll”un elan olunan ilkin nəticələrində qeyd edilib. “Exit-poll” aparan təşkilatların hamısında Sandu 10 faiz səs çoxluğu ilə hazırki Prezident İqor Dodonu üstələyir.

Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırki Prezident İqor Dodon mübarizə aparıblar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunurdu.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ikinci turda seçici fəallığı 53 faizə yaxın olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər