16 Noyabr 2020 08:25
5 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, istefaya səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub.

Paşinyan “ Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib.

Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini söyləyib.

“Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən Milli Məclisin deputatı kimi fəaliyyətimi bitmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm” deyə Abrahamyan feysbuk səhifəsində yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib:

“Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə, dövlətin əsaslarını sarsıdan addımlar atırıq”.

İstefaların artacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər