Rus zirehli texnikalarının və sülhməramlıların bir hissəsinin yeni partiyası İrəvana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
18 “İl-76” təyyarəsi və Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki An-124 “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlıqları və şəxsi heyəti ilə Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilib. Təyyarələr İrəvan şəhərinin aerodromlarına enib.
Gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 texnika: zirehli personal daşıyıcıları, yük maşınları, zirehli texnika və ekskavatorlar çatdırıb.