Hazırda İrəvandan Xankəndinə giriş yalnız İrəvan-Vardenis-Kəlbəcər yolu ilə mümkündür.
Teleqraf.com xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 10-da imzalanan Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşmaya əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana təhvil verilməli idi. Lakin Azərbaycan tərəfi yolun noyabrın 25-nə qədər ermənilər tərəfindən idarə edilməsinə razılıq verib.
Qeyd olunur ki, İrəvan-Gorus-Kəlbəcər-Xankəndi yolu müvəqqəti bağlıdır. Buna səbəb kimi yolun bəzi hissələrinin Azərbaycanın nəzarəti altında qalması və Rusiya sülhməramlılarının himayəsinə verilməməsidir.