16 Noyabr 2020 15:29
5 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Baş Naziri Sadəddin əl-Osmani ölkəsi və Mavritaniya arasındakı yolun üzərində yerləşən Əl-Gerqarat tampon zonasının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar keçirilən əməliyyatla bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq çağırışlara baxmayaraq atəşkəsin Qərbi Səhradakı Gerqarat, Tifariti və Lehlu bölgələrində fəaliyyət göstərən Polisario silahlıları tərəfindən pozulduğunu deyən Osmani ölkəsinin separatçıların hücumlarının qarşısını almaq üçün ərazidə divar inşa etdiyini söyləyib.

O, Polisario Cəbhəsinin atəşkəs razılaşmasının pozulması üçün çox səy göstərdiyini vurğulayıb.

Mərakeşin rəsmi xəbər agentliyi (MAP) Polisario Cəbhəsi silahlılarının təhlükəsizlik divarı boyunca təxribatçı atəş açdığı və silah-sursat daşıyan nəqliyyat vasitəsinin dəqiq cavabla vurulduğunu açıqlayıb.

Mərakeş 1975-ci ildə keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Səhranı ilhaq etdikdən sonra müstəqillik tərəfdarı olan Polisario Cəbhəsi ilə ölkə rəhbərliyi arasında gərginlik yaranıb. Mərakeş bölgənin suverenliyi altında qalması lazım olduğunu bildirdiyi halda, Polisario Cəbhəsi Qərbi Səhranın müstəqil bir dövlət olduğunu iddia edir.

Polisario Cəbhəsi BMT-nin vasitəçiliyi ilə 1991-ci ildə atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparırdı. Atəşkəs razılaşmasından bəri Qərbi Səhranın statusu ilə bağlı bütün danışıqlar uğursuzluqla nəticələnib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər