Tunis Prezidenti Qeys Səid bəzi ərəb ölkələrinin İsraillə normallaşma müqaviləsi imzalamasına qarşı olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Qətərin rəsmi xəbər agentliyinə (QNA) müsahibəsində danışıb.
“Normallaşma” ifadəsinin əleyhinəyəm, çünki əvvəllər belə bir söz yox idi. Bu, Kemp Devid sazişindən sonra ortaya çıxdı. Biz dövlətlərin seçiminə qarışmırıq, istədikləri hər hansı bir seçimi edə bilərlər, sərbəstdirlər.
Ancaq fikrimcə, Fələstin məsələsi burada əsas çəkiyə malikdir. Fələstin məsələsini meydandan uzaqlaşdırmağa çalışsa da, İslam ümmətinin və ərəb xalqının əsas məsələsi olaraq qalmağa davam edəcək”, - prezident vurğulayıb.