“Putin Milanda uduzduğuna görə mətbuatla birbaşa ünsiyyət qurmaqdan çəkinir”.
Teleqraf.com-un məlumatına görə, bunu Ukraynanın şərqində vəziyyətin nizamlanması məsələləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi İrina Geraşenko söyləyib.
O, Putinin Milandakı görüşdə məqsədinə nail olmadığını bildirib:
“Putin bu görüşlərdə ümidli görünmürdü. Çünki Rusiya tərəfi Milanda çoxtərəfli danışıqlarda öz məqsədlərinə çata bilmədi. Onun mətbuatdan qaçması da buna sübut idi. Qalib adını daşıyan şəxs hər hansı şərh verir. Lakin Putin bunu etmədi və ondan fərqli olaraq, Pyotr Poraşenko görüş barədə fikirlərini mətbuatla bölüşdü”.