17 Noyabr 2020 00:54
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın paytaxtı Yeni Dehlidə təhlükəli hava indeksinin (PM2.5) son 4 ildə ən pis səviyyəyə çatdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, çirklənmənin artmasına Divali İşıq Festivalında istifadə olunan minlərlə hava fişənginin, şəhər və ətraf vilayətlərdə əkinçilik işləri zamanı yandırılan küləşlərin səbəb olduğu vurğulanıb.

Noyabrın 5-də Yeni Dehlidə havadakı çirklənmə səviyyəsinin insan sağlamlığı üçün ən yüksək həddə qalxdığı bildirilib. Normadan 14 dəfə çox…

Paytaxtda 2016-cı ildə İşıq Bayramı günündən sonra PM2.5 səviyyəsi 400-ü keçmişdi.

Paytaxtdakı çirklənmə tənəffüs yollarının iltihabına, qanın laxtalanmasına və ürək xəstəliklərinə səbəb olur. Ölkədə hər il bir milyondan çox insanın havanın çirklənməsi ilə əlaqəli xəstəliklərdən öldüyü ehtimal edilir.

Hava çirkliliyinin rekord həddə çatdığı paytaxtda 2019-cu ilin noyabr ayında təhsil dayandırıldı və hava nəqliyyatına mənfi təsir etdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər