ABŞ Maliyyə nazirliyi və Dövlət departamenti Suriya rejiminə, həmçinin İŞİD və Nusra cəbhəsinə qarşı sanksiyaların artırılması üçün 20 ölkənin nümayəndəsindən ibarət toplantı keçirib.
Teleqraf.com-un məlumatına görə, Dövlət departamentinin açıqlamasında İŞİD, Nusra Cəbhəsi və Əsəd rejiminin maliyyə cəhətdən təcrid edilməsi müzakirə olunub.
Açıqlamada İŞİD-i məhv etmək üçün sanksiyaların vacibliyi və Əsəd rejiminə dəstək verən şəxslərin qara siyahıya salınması vurğulanıb.