17 Noyabr 2020 01:36
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 94 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 601 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 316 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 417 594 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 712 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 356 375 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər